ÜST: Meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür
26.05.2022 09:53

Dünyanın 16 ölkəsində qeydə alınan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

ÜST-nin çiçək xəstəliyi üzrə işçi qrupunun rəhbəri Rozamund Lyuisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının və üzv dövlətlərin məqsədi bu xəstəliyin yayılmasının qarşısını almaqdır.

 

Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır. Simptomlar iki-dörd həftə davam edir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi xəstəliyi əsasən dəridən dəriyə yaxın təmasla ötürülür. Virusun tənəffüs yolları, habelə çirklənmiş yataq dəsti vasitəsi ilə keçməsi mümkündür.

 

Xəstəliyin inkubasiya dövrü 6-13 günə qədər davam edir, lakin bu müddət 21 günə qədər də uzana bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır