Boyun yırtığının əsas ƏLAMƏTLƏRİ
26.05.2022 08:53
İnsan boynunda 7 ədəd fəqərə  vardır. Bu fəqərələr bir-birilə yumşaq qığırdaq olan, fəqərə arası disklərlə birləşirlər. Bu qığırdaq disklərin vəzifəsi fəqərələri bir-biriylə birləşdirməklə yanaşı, iki qonşu fəqərə arasında amortizasiya funksiyası görməkdir. Belə ki, elastik xüsusiyyətə malik olan bu disklər fəqərələrə düşən yükü bərabər şəkildə paylayaraq onurğanın dinamikliyini təmin edir.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib ki, yaş artdıqca və ya disklər uzun müddət ağır yük altında qaldıqca onların tərkibində dayişikliklər gedir ki, bu da disklərin  elastikliyini azalmasına və onların daha kövrək olmasına gətirib çıxarır. Disklərdə baş verən bu hadisə degenerasiya adlanır. Degenerasiyaya uğramış disklər zamanla yırtılmağa başlayır ki, yırtılan disk parçaları da onurğa kanalına girərək onurğa beynini və  sinirləri sıxışdıra bilir. Beləliklə, bu proseslərin sonunda xəstələrdə boyunun fəqərəarası disk yırtığı və yaxud boyun yırtığı əmələ gəlir:
 
"Boyun yırtığının əsas əlaməti boyun ağrısıdır. İlk başda sadəcə boyun ağrısı olsa da zamanla bu ağrı sağ və ya sol tərəfli olaraq çiyinə, qola və barmaqlara qədər yayılır. Disk yırtığı siniri sıxışdırdıqca xəstələrdə ağrı ilə yanaşı qollarda uyuşuqluq, keyimə, hissiyyatsızlıq və hətta qüvvətsizlik əmələ gələ bilər. Bundan başqa bəzi disk yırtıqları onurğa beyninə də təsir edərək xəstələrdə qollarla yanaşı ayaqlarda da hissi və hərəki pozğunluqlara səbəb ola bilirlər ki, belə xəstələr adətən yeriməkdə çətinlik çəkirlər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub