Siqaretin zərərli təsiri onu çəkənlərə nə qədərdisə, ətrafda olanlara ondan da artıqdır
25.05.2022 09:02

Siqaret çəkilməsi nəticəsində yaranan xəstəliklər dünyada xəstəliklərin inkişafının risk faktoruna görə dördüncü pillədədir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər on nəfərdən biri siqaretin səbəb olduğu xəstəliklərdən vəfat edir.

 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin meneceri Nərmin Azadovanın dediyinə görə, Mərkəz cəmiyyəti siqaret bəlasından qurtarmaq üçün mütəmadi olaraq maarifləndirmə işləri aparır: “Ölkəmizdə tütünün satışı və istehlakı kifayət qədərdir. Ən təhlükəlisi də odur ki, son vaxtlar lazımi mübarizə tədbirləri həyata keçirilsə də, məktəblilər və yeniyetmələr arasında tütündən istifadə halı daha çox artmaqdadır. Mərkəzdə yaradılan “Qaynar xətt”ə həftənin beş günü istənilən hər kəs müraciət edərək psixoloji dəstək və lazımi tövsiyələr ala bilərlər”.

 

Onun verdiyi məlumata görə, 2018-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən mobil tətbiq yaradılıb. Hər kəs həmin tətbiqi yükləyə və bununla da qənaət olunan vaxtı, pulu, tütünün zərərlərini və ondan imtina yollarını aydın şəkildə öyrənə bilər”.

 

İnkarolunmaz faktdır ki, siqaret çəkən öz sağlamlığı ilə yanaşı, ətrafdakılara da zərər vurur. Müsahibimiz bu barədə danışarkən bildirib ki, dünyada 8 milyon nəfər tütünün səbəb olduğu xəstəliklər nəticəsində həyatını itirir və bunun bir milyonu passiv tütün çəkənlərdir. Bu da o deməkdir ki, tütündən istifadə edənlər təkcə öz sağlamlığını deyil, ətrafdakıların da sağlamlığını təhlükəyə atmış olurlar. Siqaretin zərərli təsiri onu çəkənlərə nə qədərdisə, ətrafda olanlara ondan da artıqdır.

 

Təbii ki, siqaretdən ən tez və real qurtuluş yolu hər kəsin öz iradəsidir. Heç bir psixoloji dəstək, heç bir dərman vasitəsi insan iradəsi qədər güclü deyil. Ona görə də siqaret çəkən hər kəs öz iradəsini ortaya qoyaraq bu zərərli vərdişdən imtina etməli, nə özünün, nə də ətrafında olanların sağlamlığını təhlükə ilə üzbəüz qoymamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub