AQTA qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün sahibkarları diqqətli olmağa çağırır
24.05.2022 17:14
Məlum olduğu kimi, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən Asan İmza vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər.
Lakin son zamanlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəsürat yaratmağa çalışırlar.
Aztibb.az xəbər verir ki, AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır.
Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

