Yüksək antioksidant aktivliyə malik - QOZUN inanılmaz faydaları
24.05.2022 09:41

Qoz yüksək antioksidant aktivliyə malikdir. Bu, qozun nazik qabığında, xüsusilə yüksək olan E vitamini, melatonin və polifenol adlı bitki birləşmələrindən yaranır. Aparılan araşdırmalara görə qoz xolesterinin oksidləşdirici təsirinin qarşısını alır.

 

Aztibb.az xəbər verir ki, qozda olan omeqa 3 yağının miqdarı əhəmiyyətli dərəcədə yüksəkdir.

 

İltihab ürək xəstəlikləri, Alzheymer və xərçəng kimi bir çox xəstəliklərin yaranma səbəbidir. Qozun tərkibindəki polifenollar iltihabla mübarizə aparmağa kömək edir. Eyni zamanda qozda olan “omeqa 3” yağı, maqnezium və amin turşusu da iltihabı azalda bilən vasitələrdir.

 

Qozun istehlakı bağırsaqlarda yaşayan faydalı bakteriyaları qidalandırır. Bu da bağırsaq sağlamlığını dəstəkləyir və xəstəlik riskinin qarşısını almağa kömək edir.

 

Aparılan tədqiqatlara görə qoz yemək süd vəzi, prostat xərçəngi riskini azalda bilər. Qoz bədəndə hormon reseptorlarını bloklamağa imkan verən hormona bənzər xüsusiyyətlərə malikdir. Bu, hormonla əlaqəli yaranan xərçəng xəstəliklərinin, xüsusilə də süd vəzi və prostat xərçəngi riskini azaldır.

 

Artıq çəki yüksək qan şəkəri riskini artırır. Müşahidə tədqiqatları göstərir ki, qoz şəkər xəstəliyi riskinin aşağı salır. Eyni zamanda artıq çəkidən əziyyət çəkənlərin müəyyən miqdarda qoz istehlakı tövsiyə edilir.

 

Yüksək qan təzyiqi ürək xəstəliyi və insult üçün mühüm risk faktorudur. Qoz yemək yüksək qan təzyiqi olan insanlarda təzyiqi aşağı salmağa kömək edə bilər.

 

Qoz yüksək kalorili olsa da, tərkibi vacib vitaminlər, minerallar, liflər, yağlar ilə zəngindir. Bu səbəbdən qoz sağlam pəhriz, yaşlandıqca yerimə və özünə qulluq bacarıqları kimi fiziki funksiyaları tənzimləyir.

 

Tədqiqatlar göstərir ki, qoz əslində zehniniz üçün olduqca faydalı qidadır, eyni zamanda beyni iltihabdan qorumağa kömək edən və beyin funksiyasını dəstəkləyən qidaları özündə ehtiva edir. Beyin funksiyasının inkişafı, zehni elastiklik və daha yaxşı yaddaş üçün olduqca təsirlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub