Dünyada yeni virusa yoluxma halları artır
24.05.2022 09:17

Meymunçiçəyi Afrika qitəsi ölkələrindən başqa, daha 15 ölkədə qeydə alınıb.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında bildiriblər.

 

"Əlbəttə, COVID-19 pandemiyası dünyamızda yeganə böhran deyil... Biz iqlim dəyişikliyi, ədalətsizlik və geosiyasi rəqabətin qaynaqlandığı xəstəliklər, quraqlıq, aclıq və müharibələrin nəhəng birləşməsi ilə üzləşirik", - deyə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

 

Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı və əzələ ağrısı daxil edilir. Qızdırma keçən kimi çox vaxt əvvəlcə üzdə, sonra bədənin digər hissələrinə, ən çox da ovuclara və ayaq altına yayılan səpgilər görünə bilər. Çox qaşınan ya ağrılı ola bilən səpgi dəyişir, müxtəlif mərhələlərdən keçir, qabıq bağlayır və nəhayət düşür. Yaralar köz bağlaya bilər.

 

İnfeksiya adətən özü-özünə keçir və 14-21 günə qədər davam edir.

 

Meymunçiçəyi ən çox Mərkəzi və Qərbi Afrikada rast gəlinir. Bu həftə ərazilərində xəstəliyin yayılmasını ABŞ, Kanada, İspaniya, Portuqaliya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Avstriya və Avstraliyanın səlahiyyətliləri təsdiq ediblər. Bütün dünyada 80-ə yaxın təsdiqlənmiş yoluxma halı qeydə alınıb, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşkar edildiyi ölkələrin adını çəkmədən meymunçiçəyi şübhəsi olan daha 50 xəstədən danışır.

 

Təşkilat yoluxma hallarının sayının artacağı ilə bağlı xəbərdarlıq edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır