Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeysəriyyə kəsiyi əməliyyatı ilə üçəm dünyaya gəlib
23.05.2022 22:13
33 həftəlik üçəm hamiləlik diaqnozu və sancı ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) müraciət edən hamilə qadın mama-ginekoloq Ədalət Əliyev tərəfindən uğurla qeysəriyyə kəsiyi əməliyyatı olunub.
 
Bu barədə Aztibb.az-a ETMGİ-dən bildirilib.
 
Qeyd olunub ki, hamilə qadın 2 qız, 1 oğlan olan üçəmlərini dünyaya gətirib. 1200, 1700 və 1750 qram çəkidə dünyaya gələn yenidoğulmuşlardan ikisi (bir qız, bir oğlan) bu gün sağlam vəziyyətdə evə yola salınıb. Uşaqlardan birinin isə hazırda Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsində stasionar müalicəsi davam etdirilir.
 
Bu gün evə yola salınan vaxtından əvvəl dünyaya gəlmiş körpələr infeksiyalaşma, neonatal sarılıq kimi problemlərlə 17 gün həkim-neonatoloq Gülnarə Məmmədzadə tərəfindən stasionar şəraitdə müayinə və müalicə olunublar.
 
Körpələrin valideynləri müəssisədə göstərilən tibbi xidmətdən öz razılığını bildirib, həkim və əməkdaşlara göstərdikləri yüksək xidmətə görə təşəkkür ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib