Reabilitasiya və köməkçi texnologiyalara əlçatanlığın artırılmasına texniki dəstək göstərilir
23.05.2022 22:00
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda reabilitasiya və köməkçi texnologiya (KT) və xidmətlərə əlçatanlığın genişləndirilməsinə texniki dəstək göstərmək məqsədilə 4 günlük missiya həyata keçirib.
 
Missiyanın məqsədi KT-nin Sürətli Qiymətləndirilməsi (rATA) üzrə ÜST-nin sorğusundan sonra növbəti addımları müəyyənləşdirmək, mövcud milli reabilitasiya və KT təchizatını və sistemini qiymətləndirmək, Azərbaycanın KT yol xəritəsinin gələcək inkişafına dəstək olmaq, o cümlədən reabilitasiya və KT-nin səhiyyə və sosial siyasət sistemlərinə inteqrasiyası üzrə texniki yardım göstərməkdən ibarət olub.
 
ÜST-nin Avropa üzrə Regional Ofisindən Reabilitasiya və Əlilliyin İnklüzivliyi üzrə texniki direktor Kathal Morqan, Köməkçi Texnologiyalar üzrə regional məsləhətçi Andrea Pupulin və “ATscale - Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlığı”n Siyasət və Sistemlər üzrə mütəxəssisi Anil Kaşyapdan ibarət missiya Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, USAID, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, UNİCEF və əlilliyi olan şəxslərlə işləyən QHT-lərin nümayəndələri ilə görüşüb.
 
Missiya üzvləri həmçinin 1 saylı Şəhər Poliklinikası və TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat Reabilitasiya Mərkəzi, DOST Agentliyini ziyarət edib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyasına baxış keçirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib