Dəri xəstəlikləri riskini azaldan - Kakao yağının FAYDALARI
23.05.2022 17:23

Kakao yağı dəriyə qulluq məhsullarının istehsalında geniş istifadə olunur. Bu yağ tərkibində yüksək miqdarda turşular və E vitamini olan kakao paxlasından əldə edilir. Dəri üçün kremlər, losyonlar və dodaq balzamlarının tərkib hissəsidir. Aparılan tədqiqatlara görə, kakao polifenolları dərinin yaşlanmasının qarşısını alır.

 

Aztibb.az bildirir ki, UV radiasiyasına məruz qalmaq dəri toxumasının və hüceyrələrinin zədələnməsinə səbəb ola bilər. Kakaonun tərkibində sağlamlıq üçün olduqca faydalı olan bol miqdarda antioksidant var. Bu maddə dəridə qan axınını yaxşılaşdırır və qocalmanı ləngidir. Antioksidantlar iltihabın qarşısını alır, dərini zərərli şüalardan qoruyur və dəri xəstəlikləri riskini azaldır.

 

Kakao yağının tərkibi antioksidantlar, A, E vitaminləri və yağ turşuları ilə olduqca zəngindir. Bu yağdan hazırlanmış məhsullar ekzema və dermatitdən əziyyət çəkən xəstələr üçün faydalıdır.

 

Oleik, palmitik və linoleik turşuları dərini qidalandırır. Bu turşuları özündə ehtiva edən kakao yağı, eyni zamanda, zədələnmiş və quru dərinin nəm ehtiyacını qarşılayır, çapıqların qarşısını alır.

 

Mütəxəssislər hamiləlik dövründə qadınlara kakao yağından istifadəni tövsiyə edir, çünki onun nəmləndirici təsiri uzanma izlərinin yaranmasına imkan vermir.

 

Yağ istehlakı ümumi sağlamlıq üçün vacibdir. Kakao yağının tərkibindəki əsas lipidlər xolesterin miqdarını azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub