Çobanyastığı çayı saça qulluq və ağız sağlamlığı üçün olduqca faydalıdır
23.05.2022 13:12

Çobanyastığı çayı saça qulluq və ağız sağlamlığı üçün olduqca faydalıdır. Baş dərisindəki qıcıqlanmanı aradan qaldırır və kəpək problemindən əziyyət çəkənlər üçün mükəmməl vasitədir. Saç tellərini gücləndirir, saçlara yumşaqlıq verir. Çobanyastığı çayının digər bir faydası da antiseptik xüsusiyyətlərə malik olmasıdır. Bu səbəbdən ağız qoxusunun və diş çürüməsinin qarşısını alır, dişləri qoruyur. Diş ağrıları üçün ağrıkəsici effekti yaradır. Eyni zamanda əzələ ağrıları üçün də təsirlidir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, çobanyastığı güclü antibakterialdır. Soyuqdəymə, boğaz ağrısı kimi halları aradan qaldırır. Xüsusilə sinuzitdən əziyyət çəkənlərin çobanyastığı çayından istifadə etməsi tövsiyə olunur. Tərkibində olan maddələr səbəbindən qaraciyərin təmizlənməsinə, qorunmasına və sağlamlığına kömək edir.

 

Çobanyastığı çayı bədənin allergenlərə qarşı immun reaksiyasını dəyişməyə səbəb olur və allergik reaksiyaları sakitləşdirir.

 

Mütəxəssislər müntəzəm olaraq çobanyastığı çayı istehlakının orqanizmdə antibakterial xüsusiyyətlərə malik maddələri artırdığını qeyd ediblər. Bu çayın xüsusilə qışda içilməsi həm immunitet sistemini gücləndirmək, həm də soyuqdəymə, boğaz ağrısı kimi şikayətləri azaltmaq üçün faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub