Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilir  
23.05.2022 13:07

Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilir.

 

Koronavirus pandemiyası başlayandan bəri ilk dəfə birbaşa iştirak formatında keçirilən assambleyanın əsas devizi “Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” adlanır.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında qeyd edilib ki, mayın 28-dək davam edəcək sessiyalarda dövlət və hökumət nümayəndələri, səhiyyə sahəsində rəhbər vəzifələrdə çalışan şəxslər, ekspertlər çıxış edəcək, müzakirələr aparılacaqdır. Səhiyyə sahəsində yaranan fövqəladə hallara hazırlığın gücləndirilməsi assambleyanın diqqət mərkəzində dayanacaqdır.

 

ÜST-nin baş direktoru Tedros Qebreyesus assambleya çərçivəsində, həmçinin qlobal və regional səhiyyə məsələlərində liderlik səriştəsi və səylərinə görə “Qlobal Səhiyyə Liderləri“ mükafatına layiq görülən şəxslərin adlarını açıqlayıb.

 

Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının qərarverici orqanıdır. İldə bir dəfə keçirilən tədbirdə ÜST-ə bütün üzv dövlətlərin nümayəndə heyətləri iştirak edir və əsas diqqəti İcraiyyə Şurası tərəfindən hazırlanmış sağlamlıqla bağlı xüsusi gündəliyə yönəlir. Ümumdünya Səhiyyə Assambleyasının əsas funksiyaları sırasında baş direktoru seçməklə yanaşı, ÜST-nin siyasəti, proqramları və büdcəsini müəyyən etmək dayanır.

 

75-ci Ümumdünya Səhiyyə Assambleyası öz işinə mayın 28-də yekun vuracaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib