Böyük Britaniyada Meymunçiçəyinə yoluxan şəxslərin 21 gün təcrid olunmaları tələb edilir
23.05.2022 11:30

Böyük Britaniyada Meymunçiçəyinə (Monkeypox) yoluxan şəxslərin özlərini 21 gün ərzində təcrid etmələri tələb olunur.

 

Aztibb.az xəbər verir ki, Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi tərəfindən verilən açıqlamada bildirilib ki, bu qayda virusa yoluxan şəxslərlə əlaqədə olanlara da aid edilir.

 

Həmçinin həmin şəxslərdən səyahət etməmələri, immuniteti zəif insanlar, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlarla əlaqə qurmaqdan uzaq olmaları məsləhət görülür.

 

Meymunçiçəyi xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir. İlk olaraq meymunlarda tapılan xəstəlik, insanlar arasında asanlıqla yayılmağa meyilli deyil, ancaq yaxın fiziki təmas yolu ilə ötürülə bilər.

 

Mərkəzi və Qərbi Afrika ölkələrindən kənarda nadir hallarda müşahidə edilən meymunçiçəyi virusu Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb. Böyük Britaniyada 20 nəfər meymun çiçəyinə yoluxub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib