Bu ölkə 180 növ dərman preparatının tükənməsi ilə əlaqədar həyəcan təbili çalır
23.05.2022 15:06

Şri-Lanka xəstəxanalarında 180 növ dərman preparatının ehtiyatları qurtarmaq üzrədir.

 

Aztibb.az xəbər verir ki, həmin preparatlar arasında onkoloji xəstələrin müalicəsi və orqan transplantasiyası keçirən pasiyentlərin reabilitasiyası üçün lazım olan dərmanlar da var.

 

Şri-Lanka Tibb İşçiləri Assosiasiyasının məlumatına görə, dərmanların və tibbi avadanlıqların çatışmazlığı səbəbindən həkimlər planlaşdırılan əməliyyatları təxirə salmağa məcbur olur ki, bu da bir çox xəstənin ölümü ilə nəticələnə bilər.

 

Dərman çatışmazlığına xarici maliyyə strukturlarında akkreditivlərin açılması zamanı baş verən gecikmələr səbəbindən tədarükün dayanması, həmçinin zəruri dərmanlara və tibbi avadanlıqlara görə ödəniş edilməsi üçün valyuta çatışmazlığı səbəb olub. Hazırda Hindistan, Yaponiya və digər donor ölkələr dərman təminatında Şri-Lankaya yardım etmək qərarına gəliblər, lakin onların çatdırılması üçün dörd ay vaxt lazımdır.

 

1948-ci ildə müstəqillik əldə etdikdən bəri Şri-Lanka ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Hazırda 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib