COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri
23.05.2022 12:15

Bir çox ölkədə koronavirusa qarşı məhdudiyyətlərin aradan qaldırılması pandemiyanın bitdiyi demək deyil.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Terdos Adhanom Qebreyesus bildirib.

 

"Pandemiya bitdimi? Xeyr, qəti surətdə yox. Başa düşürəm ki, bu sizin eşitmək istədiyiniz mesaj deyil və bu, mənim çatdırmaq istədiyim mesaj deyil", - deyə 75-ci Ümumdünya Səhiyyə Assambleyasının açılışında çıxış edən T.Qebreyesus bildirib.

 

O, qeyd edib ki, dünyada koronavirusa yoluxma və ölüm hallarının azalması, eləcə də bir çox ölkələrdə məhdudiyyətlərin götürülməsi böyük irəliləyişdir, lakin “problem hər yerdə həll olunmayana qədər heç yerdə həll olunmur”. ÜST rəhbərinin sözlərinə görə, dünyanın müxtəlif regionlarında 70-ə yaxın ölkədə koronavirusa yoluxma halları artmaqda davam edir, baxmayaraq ki, bütün dünyada koronavirusla bağlı verilən testlərin sayı azalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır