Mərkəzi Gömrük Hospitalının infeksionisti Meymunçiçəyi xəstəliyi barədə ətraflı məlumat verib
23.05.2022 11:48

Dünya növbəti virus təhlükəsilə üz-üzədir. Bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib. Afrikadan kənarda ilk yoluxma 2003-cü ildə ABŞ-da qeydə alınıb. 2017-ci ildə Nigeriyada Meymunçiçəyinə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva Meymunçiçəyi xəstəliyi ilə bağlı TREND-in suallarını cavablandırıb.

 

Mədinə həkim, Meymunçiçəyi xəstəliyi nədir?

 

Meymunçiçəyi nadir bir virusdur. Meymun xəstəliyinə səbəb olan virus çiçək virusu ilə eyni ailədən olan virusdur. Ona görə xəstəliyin gedişatı çiçək xəstəliyi ilə çox oxşardır. Səpgilərdən onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür.

 

Meymunçiçəyi virusu olan insandan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Xəstəlik insanlara çöl itlərindən keçib. Meymunçiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar.

 

Meymunçiçəyi xəstəliyinin əlamətləri hansılardır?

 

Meymunçiçəyi xəstəliyi Çiçək xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflikdir. Qızdırma ilə başlayar, əzələ ağrısı, halsızlıq. Qızdırmadan 3 gün sonra artıq səpgilər əmələ gəlir. Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər. Bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Virus birbaşa təmas yolu ilə, o cümlədən meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də ötürülə bilər.

 

Meymunçiçəyi virusu insanlar üçün təhlükəlidirmi?

 

Bu xəstəlik molekulyar vizikulyar səpgilərlə vicuda yayılır. Xəstəliyin ən qorxulu məqamı isə pnevmaniya əmələ gətirməsidir. Pnevmaniya əmələ gəldikdə, ölüm riski daha yüksəkdir.

 

Bəs Meymunçiçəyinin çiçək xəstəliyindən fərqi nədir?

 

Fərqi çiçək xəstəliyində olmayan, amma “monkeypox” xəstəliyində olan limfa düyünlərində böyümə əmələ gətirir ki, bu da Meymunçiçəyi xəstəliyinin xarakterik xüsusiyyətlərindən biridir.

 

Meymunçiçəyi xəstəliyi daha çox hansı ölkələrdə yayılıb?

 

İspaniyada 20-dən çox adamda Meymunçiçəyi xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada da vəziyyət eyni qiymətləndirilir. Böyük Britaniyada yoluxanların ümumi sayı 10-u keçib. Hazırda xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu bildirilir.

 

Mədinə həkim, Meymunçiçəyi xəstəliyinə qarşı dünyada peyvənd varmı?

 

Bəli, Meymunçiçəyi xəstəliyinə qarşı peyvənd mövcuddur. Belə ki, Çiçək xəstəliyinə qarşı olan peyvənd meymunçiçəyi xəstəliyinə qarşı da istifadə olunur. Bu peyvənd insanları Meymunçiçəyi xəstəliyindən 85% qoruyur. Eyni zamanda, Amerikada qeydiyyatdan keçmiş bir vaksini var. O vaksinin də həm çiçəyə qarşı, həm də bu xəstəliyə qarşı qoruyuculuğu var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub