Yüksək hərarət zamanı bədəni soyuq su ilə silmək olar? - Doğru bilinən yanlış
23.05.2022 11:22
Niyə yüksək hərarət zamanı bədəni soyuq su ilə silmək olmaz?
 
Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə uşaqlarda yüksək hərarət zamanı valideynlərin yol verdikləri səhvlərdən danışıb. 
 
Həkim bildirib ki, soyuq suyun təsirindən damarlar daralır və bədənin istiliyinin verilməsi bir az da pisləşir və hərarət daha da artır. Ona görə bədəni bədən temperaturuna yaxın, ilıq suda isladılmış dəsmalla silmək lazımdır:
 
"Bu proseduru bədən hərarəti 1-2 dərəcə düşənə kimi davam etmək lazımdır. Məsələn, təxminən 10-15 dəqiqə. Yəni 1-2 dəqiqə edib, temperaturu düşmür deyib dərmanlara müraciət etmək lazim deyil. 
 
Bundan başqa, hərarətli bədənin silinməklə üşüməsi, soyuqlaması baş verə bilməz. Sadəcə ona görə ki, burda soyuma baş vermir. Bədəni silərək hərarəti salmaq maksimum az dərman istifadə üçün ilkin şərtdir. Səbrli olun, alınacaq. Vacib olmadıqca, uşaqlara dərman verməyin ".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub