Uzman uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda hemangioma” mövzusunda çıxış edəcək
23.05.2022 11:21
Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov 26 may 2022-ci il tarixində saat 16.00-da “Uşaqlarda hemangioma” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.
Aztibb.az xəbər verir ki, canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).
Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının "Facebook" səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür. Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır.
Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.
O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək
21.11.2026 | 11:02
Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə qarşı monitorinq keçiriləcək
17.11.2026 | 11:37
Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib
17.11.2026 | 11:13
Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək
17.11.2026 | 10:21
Qoşqar Təhməzlinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
12.11.2026 | 09:50
ATU-da “Uşaqlarda anorektal malformasiyalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək
09.11.2026 | 13:17
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
07.11.2026 | 12:38
Professor Naziyə Şəmsədinskayanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
04.11.2026 | 15:56
AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
04.11.2026 | 14:08
AQTİ video-redaktor vəzifəsinə işçi axtarır
02.11.2026 | 15:07
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb
21.11.2026 | 15:39
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
18.11.2026 | 14:09
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 | 11:48
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub
16.11.2026 | 16:48
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
18.11.2026 | 14:42
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
17.11.2026 | 14:56
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
18.11.2026 | 11:42
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
19.11.2026 | 11:49
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
18.11.2026 | 08:24
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
17.11.2026 | 13:38
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar
19.11.2026 | 11:13
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub
19.11.2026 | 15:44

