ÜST ölkələri fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcəklər
22.05.2022 10:25

Bazar günü Cenevrədə açılışı olacaq və mayın 28-dək davam edəcək 75-ci Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara cavab verməyə hazırlığının gücləndirilməsinə diqqət ayıracaqlar.

 

Aztibb.az xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda 194 ÜST-yə üzv dövlətin nümayəndələri iştirak edəcək.

 

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal səhiyyəni fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün yol xəritəsini, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida məhsullarının təhlükəsizliyi sahəsində strategiyanı və davamlı maliyyələşdirmə məsələsini müzakirə edəcəklər.

 

Assambleya ÜST-nin Baş Direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır