Ürək əməliyyatı keçirən pasiyentlərin NƏZƏRİNƏ!
21.05.2022 13:18
Ürək əməliyyatları kimi böyük cərrahi müdaxilələr orqanizmdə bəzi metabolik və fizioloji dəyişikliklərə səbəb olur. Bu xoşagəlməz dəyişiklərdən qorunmaq lazımdır. Əməliyyatdan sonra diqqət edilməsi lazım olan ən önəmli məqam - sonrakı müalicəni düzgün və həkiminizin istiqamətləndirdiyi kimi aparmaqdır.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev ürək əməliyyatı keçirmiş pasiyentlərə bir sıra tövsiyələr verib.
 
- Ürək əməliyyatı keçirmiş xəstələr əməliyyatın 4-cü günü ilk dəfə duş qəbul edə bilərlər. 5-ci gün müalicələr tərtib olunur, son tövsiyələr verilir, müayinə edilir evə yola salınırlar.
- Əməliyyatdan sonrakı erkən dövrdə xəstənin bütün bədən funksiyaları yaxından izlənilir. Ehtiyac olarsa, qidalanma dəstəyi təyin olunur (duzsuz, vitaminli, bol maye).
- Əməliyyat sonrası həkim nəzarəti olmadan dərmanların kəsilməsi qəbuledilməzdir (xüsusilə qapaq əməliyyatı keçirmiş xəstələrdə).
- Əməliyyatdan sonra ürəyi çox gücə salmaq olmaz. Lakin fiziki aktivlik hər zaman tövsiyə olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev