Mərkəzi Gömrük Hospitalında boya istehsalçıları ilə görüş keçirilib
21.05.2022 12:00

Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində Mərkəzi Gömrük Hospitalında Azərbaycanın aparıcı boya istehsalçıları ilə görüş keçirilib.

 

Görüşdə Mərkəzi Gömrük Hospitalın təcili yardım həkimi, Azərbaycan Toksikoloqlar Cəmiyyətinin katibi Leyla Fətullayeva iştirakçılara boyaların tərkibində olan qurğuşun və digər ağır metalların insan orqanizminə olan təhlukəsi barədə ətraflı məlumat verib.

 

Müzakirələrdə çıxış edən “Mətanət-A” şirkətinin baş texnoloqu Zeynəb Aslanova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Referens Kimya-toksikoloji Laboratoriyasının müdiri Gülşən Qurbanova, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirza-zadə və digərləri bu problemin hədsiz aktual olduğunu qeyd ediblər.

Çıxış edənlər respublikamızda bu sahədə mövcud olan tənzimləyici sənədlərin təkmilləşdirilməsi, elmi tədqiqatların aparılmasını və bazarda olan boyaların tərkibində qurğuşun və digər ağır metalların daimi nəzarətdə saxlamasının vacibliyini vurğulayıblar.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib