Ürək əməliyyatı olan uşağın anası Sumqayıt Tibb Mərkəzinin həkimlərinə minnətdarlığını bildirib
21.05.2022 10:51

Ürək əməliyyatı olan Emil Novruzlunun anası, Sumqayıt şəhər sakini Maya Novruzova övladının səhhətinin yaxşılaşmasında Sumqayıt Tibb Mərkəzinin tibbi personalına, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə minnətdarlığını bildirib.


Maya Novruzova qeyd edib ki, 2021-ci ilin fevral ayında övladı Emil Novruzlunun ürəyində narahatlıqlar olduğunu hiss edib. Bununla bağlı ailə həkimi Afiqə Şıxəliyevaya müraciət edib: "O, aidiyyatı üzrə bizi kardioloqa yönəltdi. Kardioloq müayinəsindən sonra bizə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına göndəriş verildi. Övladım İcbari tibbi sığorta ilə Exokardioqrafiya müayinəsindən keçdi. Burada kardiocərrah Ramal Həsənov Emilə pulmonar qapaq stenozu, açıq arterial axacaq diaqnozunu qoydu. Müəyyən müayinələrdən, laborator analizlərdən sonra övladım İcbari tibbi sığorta ilə əməliyyat olundu".

 

"Sumqayıt Tibb Mərkəzindən, sahə həkimimiz Afiqə Şıxəliyevadan, kardiocərrah Ramal Cəfərovdan, övladımın əməliyyatında əziyyəti olan digər şəxslərdən çox razıyam. Tibbi personalın rəftarı, hər bir nüansa diqqət etmələri, xoş, gülərüz olmaları məndə çox müsbət fikirlər yaratdı. Emilin əməliyyatdan sonrakı vəziyyəti də yaxşıdır. Əməliyyatdan sonra mütəmadi olaraq müayinələr də həyata keçirilir", - deyə Maya Novruzova bildirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib