İsmayıl Əfəndiyev: “İlan sancan nahiyəyə çox toxunmaq zəhərin yayılmasına aparıb çıxarır.”
21.05.2022 10:22

İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır.

 

Bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev AZƏRTAC-a bildirib. Həkim deyib ki, əhali arasında ilan sancması zamanı ilk tibbi yardımla bağlı yanlış fikirlər mövcuddur. Təəssüf ki, çox vaxt ilan sancan kimi həmin nahiyəni təcili olaraq bağlamağa, sıxmağa üstünlük verirlər. Halbuki bunu etmək qətiyyən yolverilməzdir, çünki belə hallar çox pis ağırlaşma, hətta ölümlə nəticələnə bilər. İlk yardım kimi həmin yaranı hansısa bir dezinfektantla işləmək və sıxmayan bir bintlə sarğı qoymaq olar. Əgər hansısa ağrı sindromu varsa, həkimə çatdırana qədər ağrıkəsici və allergiyaya qarşı sadə bir preparat qəbul etməklə yardım göstərmək kifayətdir.

 

Dr.İsmayıl Əfəndiyev bildirib ki, ilan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır. Zəhərə qarşı zərdablar müəyyən analizlər aparılandan sonra müəyyən edilir. Zərdabın effektivliyi ilk sutkada özünü göstərir. Birinci növbədə bilmək lazımdır ki, erkən mərhələdə ilan zəhəri, ümumiyyətlə, qanla limfosit damarlarla bədənə yayılır, ona görə qan damarlarını sıxmaqla heç nəyə nail olmaq mümkün deyil. İlan zəhəri daha dərin toxumalara, hətta sümüyə gedir və belə hallarda ildırımvari zəhər bədənə yayılır. İlanla qarşılaşarkən qəfil hərəkətlər etmək olmaz. Yay aylarında ilan və həşəratlar özləri üçün sərin yerlər seçdiklərinə görə kölgəlik və evlərin zirzəmilərində ehtiyatlı olmaq məsləhət görülür.

 

Qeyd edək ki, Respublikamızda 30-a yaxın ilan növü var. Havaların istiləşməsi həmin sürünənlərin fəallaşmasına səbəb olur. İlan sancması zamanı dəri şişir, qızarır və tədricən göyərməyə başlayır. Bu zaman zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bir çox hallarda ürək döyünmələri də sürətlənir, zəhər mərkəzi sinir və qan-damar sisteminə təsir edir. İnsanlar belə halla qarşılaşan zaman təşvişə düşür.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib