Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı ölkələri səhiyyə nazirlərinin görüşü keçirilib  
20.05.2022 21:36

Mayın 20-də Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

 

Tədirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd edərək, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

 

Səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə baş tutan videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə təşkil olunub.

 

Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşmasını diqqətə çatdırıb.

 

O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib: “Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilib, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bundan əlavə, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib”.

 

Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsini yüksək qiymətləndirdilər. Onlar peyvəndlərin dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini Qoşulmama Hərəkatına üzv ölkələrin əhalisini qorumaq imkanından məhrum etdiyini diqqətə çatdırışblar.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib