Bu ölkədə COVID-19 əleyhinə ilk vaksin noyabrda əlçatan ola bilər
15.09.2020 16:19

Çində koronavirus infeksiyasına qarşı ilk vaksin cari ilin noyabr və ya dekabr aylarında geniş əhali kütlələri üçün əlçatan ola bilər.

 

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bioloji təhlükəsizlik üzrə eksperti Çinin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

 

“Təxminən noyabr və ya dekabr aylarında adi insanlar COVID-19 əleyhinə peyvənd vurdura bilər. Belə ki, vaksinin klinik sınaqlarının üçüncü mərhələsi uğurla davam edir”, - deyə o bildirib. Ekspertin sözlərinə görə, o, özü də peyvənd olunub və hər hansı yan təsirə məruz qalmayıb.

 

Qeyd edək ki, bir qədər əvvəl Çin hakimiyyəti ölkədə fəaliyyət göstərən əczaçılıq kompaniyalarının hazırda koronavirusa qarşı klinik sınaqlar mərhələsini keçən və yaxın zamanlarda bütün ölkələr üçün əlçatan olacaq doqquz vaksin hazırladığı barədə məlumat yayıb. Hazırda onlardan ən az dördü sonuncu sınaq mərhələsindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır