Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı şöbəsinin əməkdaşı dünyasını dəyişib
20.05.2022 12:53
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva dünyasını dəyişib.
 
K. Alıyeva 1977-ci il sentyabrın 1-də anadan olub. 2001-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik və üzümçülük, 2003-cü ildə bitkilərin mühafizəsi ixtisasını bitirib.
 
2018-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Bitki sağlamlığı və fitosanitar nəzarət şöbəsinin Fitosanitar karantin nəzarətində olan materialların dövriyyəsinin tənzimlənməsi sektorunun, 2019-cu ildən isə Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığının tənzimlənməsi sektorunun aparıcı məsləhətçisi olub, 2020-ci ildən Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.
 
K. Alıyeva vəzifə təlimatlarında nəzərdə tutulan tapşırıqları vaxtında və peşəkarlıqla yerinə yetirmiş, gənc mütəxəssislərə lazımi köməklik göstərmişdir.
 
Qeyd edək ki, mərhum uzun sürən xəstəlikdən vəfat edib.
 
Allah rəhmət eləsin!
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib