Həkim osteopat: "Skoliozun simptomları əyriliyin dərəcəsindən asılı olaraq dəyişir"  
20.05.2022 12:33
Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib.
 
Həkim bildirib ki, skoliozun simptomları əyriliyin dərəcəsindən asılı olaraq dəyişə bilər.
 
Yüngül əyriliklərdə simptomlar tamamilə kosmetik ola bilər:
 
- Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq (asimmetriya)
- Bədənin sağ və ya sol tərəfə əyilməsi
- Kürək sümüklərinin hündürlük fərqinin olması
- Bədən tarazlığının pozulması
- Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
- Döş qəfəsində asimmetriya
- Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması
- Bel nahiyyəsində dəridə tüklənmə, ləkə və çuxur  görünməsi
 
Daha ciddi əyriliklərdə:
 
- Bel və kürəkdə ağrı
- Ayaqlarda ağrı, uyuşma və zəiflik
- Nəfəs almada çətinlik
- Halsızlıq və tez yorulma
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub