Həzmi asanlaşdırır, ağciyər və bronxları təmizləyir - Şalğam suyunun FAYDALARI
19.05.2022 17:43

Şalğam alma böyüklüyündə olan kök tərəvəzdir. Şalğam suyu Anadolunun Çukurova bölgəsinə xas bir içkidir. Daha çox Türkiyənin Adana, Mersin, Osmaniye kimi bir sıra cənub bölgələrində geniş istifadə olunur. Qış aylarında vitamin deposudur, həmçinin aşağı kalorili tərəvəzdir.

 

Qida mütəxəssisi Leyla Kərimlinin sözlərinə görə, tərəvəz ağ, qırmızı, qara və bənövşəyi rənglərdə olur. Şalğamı çiy yemək, bişirmək, şirəsini çıxarmaq və turşusunu qoymaq olar. Suyunun acı və şirin növləri var, acı şalğam suyunu hazırlamaq üçün, əsasən, acı bibərdən istifadə olunur. Lakin şalğam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalğam suyu adətən kababla içilir. Plastik qabda saxlanıldığı halda dadı dəyişə bilər, buna görə də daha çox şüşə və ya saxsı qablarda saxlanılır”.

 

Onun dediyinə görə, bu içki daha çox kişilərin ağız dadına uyğundur və ət yeməklərinin yanında içilir: “Onun toxumundan əldə edilən yağ, hətta yarpaqları da sağlamlıq üçün faydalıdır. Şalğam həzmi asanlaşdırır, tərkibindəki lif qəbizliyi aradan qaldırır, ağciyər və bronxları təmizləyir, dəri xəstəliklərində faydalıdır. Tərkibində bol miqdarda olan kalium sayəsində yüksək qan təzyiqini aşağı salır. Revmatizm, mədə və bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. İştahanı artırır, kökəlmək istəyənlər ondan istifadə edə bilərlər”.

 

Tərkibində duz çox olduğuna görə yüksək qan təzyiqindən əziyyət çəkənlər və hamilə qadınlar ondan az istifadə etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub