Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda Təcili Tibbi Yardım xidmətinin təlimlərinə başlanılıb
19.05.2022 14:29
Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda Təcili Tibbi Yardım xidmətinin təlimlərinə start verilib. İlk təlim “Ürək və ağciyər reanimasiyası” mövzusunda keçirilib.
 
Təlimdə Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı ilkin tibbi yardımın göstərilməsi, nəfəs daralması zamanı süni nəfəsin verilməsi, ürəyin qapalı massajı və bu kimi yardımlara dair təqdimatla çıxış edib.
 
İnstitutun stasionar şöbəsində çalışan həkim və tibb bacılarının cəlb olunduğu təlimlərin davamlı olması nəzərdə tutulub və buna əsasən təcili yardım planı hazırlanıb.
 
Gələcək təlimlər şoklar (annafilaktik, kardiogen, travmatik) zamanı ilkin tibbi yardım, komalar önü vəziyyətlərdə ilkin tibbi yardım, aritmiyalar zamanı ilkin tibbi yardım, tibbi avadanlıqlardan istifadə qaydaları, eləcə də epilepsiya, qanaxmalar, zəhərlənmələr zamanı ilkin tibbi yardım və digər mövzulara həsr olunacaq.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib