Atatürk Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub
18.05.2022 18:30

Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin Ərzurum Atatürk Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib.


Qonaqları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki universitet arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib: “Bir çox istiqamətlərdə uğur əldə edə biləcəyimizə inanıram. Məsələn, elmi fəaliyyət sahəsində ciddi işlər aparıla bilər. O cümlədən də qarşılıqlı mübadilə istiqamətində. Xatırladım ki, universitetimizin 3 tədris proqramı - Müalicə işi, Əczaçılıq və Stomatologiya beynəlxalq akkreditasiya sertifikatına layiq görülüb”.

 

Ərzurum Atatürk Universitetinin Səhiyyə Elmləri İnstitutunun müdir müavini, professor Abdülmecit Albayraktar iki qardaş ölkə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin qurulduğunu, tibb sahəsindəki əməkdaşlığı daha da genişləndirmək imkanlarının mövcud olduğunu bildirib: “Bizim müasir, geniş laboratoriyalarımız var. İstərdik ki, imzaladığımız memorandum çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsini həyata keçirək. Çox sevindirici haldır ki, bizim institutun da 2 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib”.

 

Müzakirələrin sonunda əlaqələrin davam etdirilməsi və konkret fəaliyyətə start verilməsi qərara alınıb.

 

Türkiyəli qonaqlar mayın 18-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər, magistr və doktorantlarla görüşüblər.

 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Muşfiq Orucov hər iki universitet arasında elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. O, gələcəkdə tibbin bütün sahələri üzrə qurulacaq birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

 

Səhiyyə Elmləri İnstitutunun müdiri, professor Elif Çadırcı təmsil etdiyi universitetin tarixindən bəhs edib, eləcə də maddi-texniki bazası, təhsil imkanları və hazırkı fəaliyyəti barədə ətraflı məlumat verib. Professor daha sonra rəhbərlik etdiyi təhsil müəssisəsində həyata keçirilən tədqiqat işləri, aparılan elmi araşdırmalar barədə görüş iştirakçıları üçün geniş təqdimat edib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar türkiyəli qonaqlar tərəfindən cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib