Zəhərli zobun müalicəsində istifadə olunan bu vasitə xərçəng riskini artırır - DİQQƏT!
18.05.2022 15:42
Araşdırmalar göstərir ki, zəhərli zobu (hipertiroidi) olan pasiyentlərə uzun müddət tətbiq olunan radioaktiv yod müalicəsi xərçəng xəstəliyi riskini artırır.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə məlumat verib.
 
Həkim bildirib ki, dünyada aparılan retrospektiv araşdırmanın nəticəsinə əsasən, tiroid vəzin hiper çalışmasına görə radioaktiv yod müalicəsi alanların xərçəng xəstəsi olma riski çoxdur:
 
"Araşdırmanı həyata keçirən Kari Kitaxara qeyd etmişdir ki, radiaktiv yod müalicəsi alan hər 1000 nəfərdən 20-30 nəfərində xərçəngdən ölüm hadisəsi baş vermişdir. Bu nəticələr “JAMA Internal Medicine” jurnalında dərc olunmuşdur.
 
Araşdırma əsnasında radioaktov yodun fərqli orqanlara çökdüyünü və bununla da xərçəngə yol açdığını aşkarlamışlar. Statistikaya əsasən, daha çox qadınlarda süd vəzi xərçənginə rastlanmışdır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub