Çin COVID-19 virusu ilə mübarizə üçün daimi xəstəxanalar inşa edəcək
18.05.2022 11:56

Çin COVID-19 virusu ilə uzunmüddətli mübarizə üçün daimi xəstəxanalar, müvəqqəti karantin mərkəzləri və test məntəqələri inşa etməyi planlaşdırıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin direktoru Ma Siavey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nəşri olan “Çiuşi” jurnalında ölkənin COVID-19 virusu ilə mübarizəsinə həsr olunan məqaləsində qeyd olunur. Daimi əsasda fəaliyyət göstərəcək xəstəxanaların, karantin mərkəzlərinin və test məntəqələrinin inşasından məqsəd ölkənin virusla bağlı qabaqlayıcı və nəzarət potensialını gücləndirməkdir.

 

Məqalədə qeyd olunur ki, Çin COVID-19 virusu ilə bağlı monitorinq mexanizmlərini tənzimləyəcək və həftəlik koronavirus testləri təşkil edəcək. Bunun üçün laboratoriyaların sayı çoxaldılacaq.

 

Qeyd edək ki, bütün dünyada olduğu kimi, Çində də COVID-19 pasiyentləri müxtəlif təyinatlı tibb müəssisələrində, modul tipli xəstəxanalarda, müvəqqəti karantin yerlərində yerləşdirilir. Çində epidemiya ilə mübarizə dövründə onlarla xəstəxana digər xəstələrin qəbulunu dayandıraraq, yalnız COVID-19 pasiyentlərinin müalicəsi ilə məşğul olub. Bu da öz növbəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müayinə və müalicəsində çətinliklər yaradıb. Hətta xəstəxanaların ağır vəziyyətdə olan pasiyenti qəbul etməməsi səbəbindən bir neçə ölüm halı da qeydə alınıb.

 

Daimi COVID-19 xəstəxanalarının inşası nəticəsində həmin problemin aradan qalxacağı güman olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib