Qastrit və xora xəstəliyi zamanı qidalanma necə olmaldıır?
18.05.2022 11:36
Müasir dərman preparatlarının köməyilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır.
Aztibb.az-ın xəbərinə görə, uzman-terapevt Çinarə Səfərova bu mövzuda maarifləndirici məlumat paylaşıb.
Həkimin sözlərinə görə, qidalanma zamanı əsas qaydalar aşağıdakılardır:
- Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.
- Bütün qidalar yalnız suda və buğda bişirilmişməlidir (yağda yox!).
- Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin.
- Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.
- Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar).
Bu kimi qidaların qəbulu tövsiyə olunur:
- duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü);
- buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet;
- bişmiş yumurta;
- bişmiş kök, kartof, çuğundur;
- moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu qat əmələ gətirir);
- süd, qaymaq;
- südlü kokteyl, südlü çay;
- kərə yağı və bitki yağları.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

