İlan sancması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 3 yaşlı körpə sağlam şəkildə evə buraxılıb
17.05.2022 12:21
İlan sancması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 3 yaşlı körpə uzun sürən müalicədən sonra sağalıb.
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.
Qeyd olunub ki, xəstəxanaya daxil olarkən kəskin halsızlıq, ödəm, hemodinamik göstəricilərdə ciddi dəyişiklik baş verən və vəziyyəti olduqca ağır olan 2019-cu il təvəllüdlü Emin Niftəliyev üçün artıq heç bir həyati təhlükə yoxdur.
Xəstəxanaya gətirilərkən körpənin bədəninin təxminən yarıya qədərinin şişdiyini bildirən nənə Gülər Niftəliyevanın sözlərinə görə, hadisə aprelin 28-də Ağdaş rayonunda taxıl sahələrinin birində baş verib və sahədə oynayan körpəni ilan sancıb:
“Emin ferma ərazisində taxıl əkilmiş ərazidə bacısı ilə oynayarkən onun ayağını ilan sancdı. Atası ilan sancan nahiyənin yuxarı hissəsindən körpənin ayağını bərk bağladı. Sonra uşağı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Nəvəm orada ilkin tibbi müayinə edildikdən sonra təcili tibbi yardım maşını vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirildi. Açığı desəm artıq uşaqdan əlimizi üzmüşdük. Bura çatanda onun bədəni yarıya qədər şişmişdi. Kliniki Tibbi Mərkəzin peşəkar həkimləri sayəsində bu gün nəvəm sağdır. Onlar çox ağır vəziyyətdə olan Emini həyata qaytardılar. Həkimlərin hər birinə öz təşəkkürümüzü bildiririk”.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-terapevti Tünzalə Daşdəmirovanın sözlərinə görə, körpə vaxtında çatdırılmasaydı və buradakı tibbi müdaxilələr olmasaydı nəticə tam fərqli olardı:
“Xəstə 29 apreldə şöbəyə daxil olub. Xəstəxanaya daxil olarkən çox ağır vəziyyətdə idi. Xəstəyə aparılan zərdab və simptomatik müalicədən 3 gün sonra müəyyən dinamika hiss edildi. Hazırda xəstənin ümumi vəziyyətini kafi qiymətləndirmək olar. Toksikoloji baxımdan hər şey normadadır”.
Məlumat üçün qeyd edək ki, 3 yaşlı Emin Niftəliyevin bütün tibbi müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. 19 günlük ciddi həkim nəzarəti və müalicədən sonra körpə artıq evə buraxılıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

