Böyük Britaniyada meymun çiçəyinə yoluxma qeydə alınıb  
17.05.2022 10:57

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hələ mayın 7-də daxil olmuş məlumata görə, Nigeriyadan Böyük Britaniyaya gəlmiş bir nəfərdə nadir virus infeksiyası sayılan meymun çiçəyinə yoluxma halı qeydə alınıb.

 

Aztibb.az BMT-nin saytına istinadla xəbər verir ki, meymun çiçəyinə yoluxma halı üçün səciyyəvi səpmə aşkar edilmiş xəstə müşahidə altında olub. Onunla kontaktda olmuş insanlarda xəstəlik əlamətləri hələ aşkar edilməyib. Ekspertlərin fikrincə, lazımi epidemioloji tədbirlər vaxtında görülüb, ona görə də infeksiyanın Birləşmiş Krallıqda yayılması ehtimalı azdır.

 

Nadir zoonoz virus infeksiyası olan meymun çiçəyi təmas və hava-damcı yolu ilə keçir. İnfeksiyanın inkubasiya dövrü adətən 6-13 gün davam edir, lakin bu müddət 21 günə qədər uzana bilər. Xəstəlik adətən yüngül formada keçir və 2-3 həftədən sonra öz-özünə sağalır. Səpmə ağrı və güclü qaşınma ilə müşayiət oluna bilər.

 

Nigeriyada meymun çiçəyi infeksiyası barədə məlumatlar 2017-ci ilin sentyabr ayından bəri daxil olur. Ötən illər ərzində bu ölkənin 32 ştatında 558 yoluxma və 8 ölüm faktı aşkar edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib