Glomerulonefrit və pyelonefrit böyrək çatışmazlığına yol aça bilər - Nefroloq
17.05.2022 09:33
İmmun sistemi ilə bağlı olan bəzi xəstəliklər, qəbul olunan dərmanların əks təsirləri və ya infeksiyalar, böyrəyin antigenik quruluşunu dəyişdirir.
 
Aztibb.az xəbər verir ki, bunu nefroloq Barat Yusubov bildirib. 
 
"Orqanizmi qoruyan strukturlar böyrəkdəki bu dəyişikliyə görə onu xaricdən gələn hər hansı maneə sanıb, onu zədələməyə başlayır. Vaxtında bu vəziyyət nəzarət altına alınmazsa, zaman keçdikcə böyrək çatışmazlığı ilə nəticələnə bilər. Bu xəstəliyin adı " Glomerülonefrit"dir", - deyə B.Yusubov qeyd edib. 
 
Həkimin sözlərinə görə, pyelonefrit isə xüsusilə böyrəklərdəki daş xəstəliyi və anatomik pozğunluqlar nəticəsində böyrək toplama sisteminin iltihabıdır. Ataklar şəklində təkrarlanaraq sonda böyrək çatışmazlığına səbəb ola bilər. Zamanında və doğru şəkildə müalicə edilməzsə, böyrəklərin kiçilməsi və böyrək çatışmazlığı qaçılmazdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub