Daun sindromlu uşaq internat məktəbində ölüb
17.05.2022 08:40

Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyi birgə məlumat yayıb.

 

Baş Prokurorluqdan daxil olan birgə məlumatda deyilir:


"Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı Svetlana Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda araşdırma davam etdirilir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib