Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Naxçıvanda səfərdə olub
16.05.2022 17:14
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru,  t.ü.f.d. Allahverdi Musayev Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Neonatal diaqnozların xəstəlik tarixçələri üzərində müzakirəsi. Yaz hesabatı 1-ci modul” adlı beynəlxalq neonatoloji konfransda iştirak edib.
 
Naxçıvan Doğum Mərkəzini ziyarət edən Allahverdi Musayev Yenidoğulmuşların reanimasiya şöbəsi ilə tanış olub. O, mərkəzin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya şöbəsi ilə eyni avadanlıqlarla təchiz olunduğunu bildirib. 
 
Allahverdi Musayev Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərin yaxşı olduğunu, ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirildiyini, neonatoloji xidmətin keyfiyyətinin artdırıldığını deyib.
 
Uşaqlara xidmət sahəsində Pediatriya İnstitutu ilə əməkdaşlıq etməyin önəminə toxunan direktor müəssisənin elmi-praktik fəaliyyətini ETPİ-nin bazasından istifadə etməsi üçün lazımı şəraitin yaradıcılağını qeyd edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib