Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır
16.05.2022 10:03

AMEA İnformasiya Texnologiyaları İnstitutunda səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır və bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında məlumat verilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarda elmi müəssisənin əməkdaşı Aytən Əhmədovanın “Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində səhiyyə sferasında fəaliyyət ənənəvi formadan elektron formaya keçib, səhiyyə informasiya sistemlərində qərarların qəbul edilməsini dəstəkləyən müxtəlif növ böyükhəcmli verilənlər toplanıb. Hazırda bu proses dinamik olaraq davam etməkdədir.

 

Daha sonra məruzəçi mobil səhiyyə (mHealth), tibbi verilənlər barədə məlumat verib. O, səhiyyədə verilənlərin analitikasının müalicə xərclərini azaltmaq, epidemiyaların baş verməsini proqnozlaşdırmaq, qarşısı alına bilən xəstəliklərdən qaçmaq, ümumilikdə həyat keyfiyyətini yaxşılaşdırmaq kimi müsbət potensiala malik olduğunu nəzərə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib