Turşu istehlakı zamanı onun miqdarına nəzarət etmək vacibdir  
16.05.2022 09:44

Turşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, turşunun qida ilə birlikdə istehlakı tərkibindəki sirkə səbəbindən orqanizmdə insulin ifrazını tarazlaşdıraraq qan şəkərini normada saxlayır, lakin şəkər və qan təzyiqi ilə yanaşı, böyrək və mədə xəstəliklərindən əziyyət çəkən insanlar üçün turşu yemək riskli hal ola bilər. Bu səbəbdən istehlak miqdarına nəzarət etmək vacibdir.

 

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə tox tutur və orqanizmdə yağ depolanmasının qarşısını alır. Eyni zamanda, kalorisi az olduğu üçün arıqlamaq istəyənlərə kömək edir. Bədəndə itirilmiş maye və mineralları bərpa edir. Tərkibindəki sirkə əzələ ağrılarına təsir göstərir. Turşu suyunun idmançılarda baş verən əzələ spazmalarına qarşı ağrıkəsici effekti yaratdığı da qeyd edilir.

 

Turşu probiyotik tərkibli olduğundan bağırsaqların sağlamlığı üçün də vacibdir. Metabolik tullantıların bədəndən daha asan atılmasına kömək edir, qəbizlik problemini aradan qaldırır.

 

Turşuda istifadə olunan tərəvəzlər antioksidantla zəngindir. Antioksidantlar hüceyrələri bərpa edir, bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və kələm turşularının tərkibində antioksidant səviyyəsi yüksəkdir. Müxtəlif növ turşuları istehlak etmək, orqanizmin minerallar və antioksidant qəbulunu təmin edir.

 

Tərkibindəki antioksidantlar, vitaminlər və minerallar səbəbindən turşu, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

 

Çuğundur və kələm tərəvəzlərindən hazırlanan turşular bədəni soyuqdəymədən qoruya bilər.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Samux rayonunun ən ucqar kəndlərindən biri olan Burunqovaqda səyyar tibbi aksiya 
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib