Ev şəraitində hazırlanan orqanik sabunun sağlamlığa müsbət TƏSİRLƏRİ
14.05.2022 13:06

Satışda sabunların müxtəlif çeşidlərinə rast gəlmək olsa da, onların arasında tərkibində kimyəvi əlavələri olmayanın tapmaq çətindir. Mütəxəssislər ev şəraitində hazırlanan orqanik sabunun sağlamlığa daha müsbət təsir etdiyini bildirirlər.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Adi sabunun tərkibində onun köpük verməsi üçün xüsusi lourens sulfat maddəsi olur. Təbii sabun gənəgərçək və kokos yağından düzgün proporsiyada istifadə edilməklə alınır. Orqanik sabun süddən, müxtəlif meyvə, tərəvəz və giləmeyvə şirələrindən hazırlanır. Sabun hazırlamaq yaradıcı prosesdir. Fərqli formada, rəngdə və müxtəlif iyli məhsul hazırlamaq olar və onlar satışda olanlardan çox fərqlənir”.

 

Orqanik sabunlar təbii meyvələrdən istifadə edilərək hazırlanır və dəriyə daha yaxşı təsir edir: Təbii sabun dərini heç vaxt qurutmur, onun istifadəsindən sonra hətta kremə ehtiyac olmur.

 

Evdə hazırlanan sabun yumşaq alına bilər, çünki tam bişmədiyi və soyumadığı üçün yumşaq qalır. Belə olan halda sabunu qurumaq üçün bir-iki gün soyuducuya qoymaq lazımdır. Qeyd edək ki, sabun isti və soyuq üsulla hazırlanır: “İsti üsulla qələvi hansısa şirə və ya südlə müəyyən temperaturda qarışdırılandan sonra sobaya qoyulur və orada 70-80 dərəcə temperaturda təxminən 3 saat qalır. 8-10 saat sonra onu götürüb doğramaq olar. Soyuq üsulla hazırlanan zaman qələvi ilə yağlar qarışdırılır, formaya yerləşdiriləndən sonra sobaya qoyulmur, 4 və ya 5 həftə sonra ondan istifadə edilir”, - deyə həkim-fitoterapevt bildirib.

 

Sabunun müalicəvi effekt verməsi üçün efir yağları, qatılaşdırılmış meyvə şirələri və ot dəmləmələri əlavə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev