1 günlük körpə, hər iki böyrəyini itirmək təhlükəsi...
14.05.2022 12:05
Hər iki böyrəyini itirmək təhlükəsi ilə üz-üzə qalan 1 günlük körpə yaşamaq üçün mübarizə aparıb. Hələ hamiləliyin 6-cı ayında valideynləri qorxu içərisində Mərkəzi Klinikaya müraciət ediblər.
  
Aztibb.az xəbər verir ki, Mərkəzi Klinikada uşaq cərrahı Fuad Hüseynovun rəhbərliyi ilə icra olunmuş uğurla əməliyyatdan sonra körpə sağlamlığına qovuşub.
 
Həkimin sözlərinə görə, körpə hələ anasının bətnində olandan sidiyə çətinliklə çıxırdı, sidik kisəsinin ölçüləri olduqca böyük idi, dölyanı maye get-gedə azalırdı, hər iki böyrəyində və sidik axarlarında ciddi genişlənmə mövcud idi:
 
"Dünyaya gəldiyi gündən də sidiyə çıxa bilmədiyindən, məcburi kateter taxıldı və sonra doğulduğu klinikadan bizim klinikaya gətirildi. Bəs körpəni bu vəziyyətə salan səbəb nə idi?".
 
O, bildirib ki, sidiyə çətin çıxmasının səbəbi sidik kisəsinin çıxışında olan pərdə posterior uretral valve idi. Üstəlik də sidik hər iki sidik axarından böyrəklərə geri qayıdırdı (bilateral grade 5 vezikoüreteral reflüks). Belə vəziyyətdə gözləmək hər iki böyrəyin itirilməsi demək idi. Ona görə də məcburi cərrahi əməliyyat qərarı verildi. Kamera ilə sidik kanalından girilərək sidiyin axmasına mane olan pərdə kəsildi (PUV ablasiyası). Sidik rahat boşalsın deyə sidik kisəsi müvəqqəti qarnın ön divarına kiçik dəlik şəklində birləşdirildi (vezikostomiya+sünnət).
 
"Əməliyyatdan 1 gün sonra evlərinə yola saldıq. Davamlı bizim və nefroloqun nəzarətində olacaq. Balacanı 1 yaşında yenə bir cərrahi əməliyyat gözləyir, onun da öhdəsindən gələcəyinə inanırıq", - deyə uzman həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev