Psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsinin ikinci mərhələsi başa çatıb
13.05.2022 15:27
“Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi"nin ikinci mərhələsinin başa çatması ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov, TOGEM-DER İdarə Heyətinin sədri Füsun Türken Uysal, Ankara Universitetinin Sağlamlıq elmləri fakültəsinin dekanı Əminə Özmete, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı və Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, millət vəkili Mihrimah Belma Satır çıxış ediblər.
 
Z.Əliyev layihənin ərsəyə gəlməsində dəstək olan Türkiyə Respublikasının qurumlarına təşəkkür edib və bu təcrübənin iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, Agentlik qardaş ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: “Biz daim Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsinə çalışır, icbari tibbi sığorta və səhiyyə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində mütəmadi olaraq qarşılıqlı səfər və görüşlər təşkil edir, birgə layihələr icra edirik”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib