Kolposkopiya xərçənginə səbəb ola biləcək bir sıra xəstəlikləri aşkar edir
13.05.2022 10:16
Kolposkopiya - uşaqlıq boynunun xəstəliklərinin, (eroziya, leykoplagiya və s.) eləcə də gözlə görsənməyən uşaqlıq boynu xərçənginə səbəb ola biləcək bir sıra xəstəlikləri aşkar etməkdə bizə əvəzsiz kömək edən bir müayinə üsuludur.
 
Kolposkopiya prosedurun məqsədi:
 
Prosedur zamanı biz adi gözlə görə bilmədiyimiz patologiyaları, xüsusilə xərçəngönü xəstəlikləri aşkarlaya bilirik. Daha sonra patoloji sahələr təyin edilir və məqsədyönlü biopsiya götürülür. Biz kolposkopiyasız biopsiya götürəriksə sağlam və ya daha az zədələnmiş sahədən götürə bilərik və bu da səhv diaqnozun qoyulmasına səbəb ola bilər.
Kolposkopiya aparmaqda digər bir məqsədimiz isə müalicə üsulunu düzgün seçilməsidir (operativ və ya konservativ).
 
Kolposkopiya kimlərdə aparılmalıdır?
 
Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan, rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı patoloji vəziyyət aşkarlanarsa, HPV (İnsan papilomavirusunun) yüksək onkogen tipləri (16;18) pozitiv olarsa pasiyent birmənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir. Uşaqlıq boynunda rast gələn bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhət görülür.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev