İnternat məktəbin şagirdləri sağlam həyat tərzi ilə bağlı maarifləndirilib  
12.05.2022 19:00

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli İnternat məktəbinin şagirdləri “Sağlam həyat tərzi seçək, zərərli vərdişlərdən uzaq olaq!” mövzusunda maarifləndirilib.

 

Aztibb.az İSİM-ə istinadla bildirir ki, tədbirdə Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva çıxış edərək fikirlərini bölüşüb. Bildirib ki, zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq və fiziki aktiv olmaq qeyri-infeksion xəstəliklərin profilaktikasında başlıca rol oynayır. İSİM-in həkim-metodisti Afət Məmmədova geniş təqdimatla çıxış edib. O, reproduktiv sağlamlığın əsas amillərindən söz açaraq, fərdi gigiyena qaydaları və ailə planlaşdırılması, həmçinin erkən nikahların fəsadları barədə ətraflı məlumat verib. İSİM-in Səhiyyə kommunikasiya şöbəsinin əməkdaşı Gülnarə Cəfərova sağlam qidalanmanın əhəmiyyətini vurğulayaraq, düzgün seçilmiş qida rasionu və qəbul olunan kalori miqdarının hesablanması barədə ətraflı məlumat verib, fiziki aktivliyi həyat tərzinə çevirməyin əhəmiyyətindən və tütün məmulatlarından uzaq olmağın orqanizm üçün faydasından söz açıb.

 

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib