Son 24 saatda dünyada koronavirusa rekord sayda yoluxma halı aşkarlanıb
17.07.2020 12:33

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 248 min 914 yoluxma halı qeydə alınıb. Öncəki gün dünya üzrə yoluxanların sayı 234 min 936 nəfər təşkil etmişdi.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, həmçinin iyulun 10-da COVID-19 infeksiyası səbəbindən 5 min 741 nəfər həyatını itirib.

 

Saytın Bakı vaxtı ilə bu gün saat 12:00-a olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 13 milyon 954 min 85 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 592 min 791 nəfərə çatıb. Eyni zamanda, 8 milyon 285 min 926 nəfər COVID-19 xəstəsi sağalıb, müalicəsi davam edən 5 milyon 73 min 160 xəstədən 59 min 934 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ötən sutka ərzində dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 73 min 388 nəfər. Bu, həm də ölkə daxilində ən yüksək göstəricidir. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 695 min nəfəri ötüb. Bu göstəriciyə görə sonrakı yeri tutan Braziliyada yoluxanların sayı 2 milyon 15 min nəfərə yaxınlaşıb. İyulun 16-da ölkədə yoluxma sayına görə rekordun müəyyən edildiyi (35 min 468 nəfər) Hindistanda isə bu rəqəm 1 milyon nəfəri keçib. Rusiyada 759 min, Peruda 341 min, Cənubi Afrika Respublikasında isə 324 min yoluxma halı aşkarlanıb.

 

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 141 min 118 nəfər. İlk beşliyə daxil olan Braziliyada 76 min 822, Birləşmiş Krallıqda 45 min 119, Meksikada 37 min 574, İtaliyada isə 35 min 17 nəfər koronavirus səbəbindən həyatını itirib.

 

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 6,68 faizdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır