Zamirə Ədilova MEDİA və "ADA” Universitetinin birgə təşkil etdiyi seminarlarda iştirakına görə sertifikatla təltif edilib
12.05.2022 14:35
Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə təlimlər başa çatıb.
 
Seminarların bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər məsul şəxslər iştirak ediblər.
 
Seminarı uğurla başa vuran TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova sertifikatla təltif edilib.
 
İki həftə davam edən silsilə seminarlarda yerli və xarici mütəxəssislər tərəfindən media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq daha keyfiyyətli ictimai məzmunun yaradılması mövzularında çıxışlar, interaktiv müzakirə sessiyaları təşkil olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib