Uşaqlarda saç tökülməsinin qarşısını almaq üçün TƏBİİ ÇARƏ
12.05.2022 09:55
Uşaqlarda saçlar bir neçə səbəbdən tökülə bilər. Məsələn, düzgün qidalanmama, əsəbilik və keçəllik xəstəliyi. Daha çox qidada vitamin və mineral əksikliyi nəticəsində yaranan saç tökülməsinə rast gəlinir. Bu halda 10 yaşdan kiçik uşaqlara gün ərzində 1 stəkan, böyüklərə 2 stəkan kefir içirtmək tövsiyə olunur.
 
Aztibb.az-ın xəbərinə görə, həkim-fitoterapevt Fizuli Hüseynov uşaqlarda saç tökülməsi probleminin qarşısını almaq üçün təbii vasitələrdən bəhs edib.
 
Həkimin sözlərinə görə, kefir bağırsaqlarda vitamin və mineralların sorulmasını yaxşılaşdırdığına görə saçların canlanmasına, sıxlaşmasına səbəb olur. İçilməyə başladıqdan 1 ay sonra effektini göstərməyə başlasa da, onu 2-3 ay fasiləsiz qəbul etmək olar.
 
Saç tökülməsinin qarşısını almaq üçün başqa nə etməli?
 
Saç tökülməsinin qarşısını alan digər vasitə isə 1 kq balla 200 qram çiçək tozunun qarışımıdır. Həmin qarışımdan 1 çay qaşığı 1 stəkan çiy suda həll edib gündə iki dəfə yeməkdən əvvəl içmək lazımdır. 3 ay müddətində içilən şərbət saçların tökülməsini aradan qaldırmaqla yanaşı, uşaqların hafizəsini gücləndirir, sümükləşməni artırır, bədənin kalsiuma olan tələbatını ödəyir.
 
Əgər saç keçəllik xəstəliyi nəticəsində tökülürsə, onda 1 xörək qaşığı udi hindi tozunu 1 stəkan suda 2 dəqiqə qaynatmaq, alınan bişirmə ilə saçların diblərini masaj etmək lazımdır. Hissəvi keçəllik olan nahiyələrə tam tüklənənə qədər sarımsaq sürtülür və ya yulğun ağacının nazik budaqları yandırılan zaman əmələ gələn maye çəkilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub