Bahar yorğunluğunun qarşısını almaq üçün NƏ ETMƏLİ?
11.05.2022 18:10
Yaz ayı orqanizm üçün yeni dəyişikliklər yaradır. Havaların dəyişməsi insanlarda halsızlıq, yorğunluq, yuxu basma kimi hallar yaradır. Onlar bunu bahar yorğunluğu adlandırır.
 
Aztibb.az-ın xəbərinə görə, uzman-terapevt Çinarə Səfərova bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, bahar yorğunluğu bioloji səbəbdən ortaya çıxan və havada artan elektrik yükü ilə bağlı olan problemdir. Bu yük mənfi və müsbət olmaqla insan orqaniminə keçə bilir. Mənfi ionların artması yorğunluq, halsızlıq, gərginlik yaradır və damarlarda büzülməyə səbəb olur. Elektrik yükü şəhərlərdə daha çox özünü göstərir. Havanın çirkliliyi, sənaye tullantıları, nəqliyyatın sıxlığı mənfi elektrik yükünü artırır. Ümumiyyətlə bioloji amillər insanın psixologiyasına da təsir edir.
 
Bahar yorğunluğundan qorunmaq üçün nə etməliyik?
 
-Qidalarınıza diqqət edin;
-Orqanizmin vitaminə olan tələbatını ödəmək üçün bol-bol meyvə, tərəvəz qəbul edin;
-İdmanla məşğul olun;
-Hər səhər 10-15 dəqiqə əzələlərinizi hərəkət etdirin;
-Yuxu rejiminizə diqqət edin;
-Yatmazdan öncə beyninizdən pis fikirləri çıxarın, sizə xoş olan şeyləri düşünün;
-Hər gün 2-3 litrə qədər su için;
-Çalışdığınız otağı havasını tez-tez dəyişin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub