Səhiyyə Nazirliyinin nümayəndələri Tbilisidə keçirilən beynəlxalq seminarda iştirak etdilər  
11.05.2022 16:17
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri – Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov və İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev 9-11 may 2022-ci il tarixlərində CATINCA layihəsi çərçivəsində Tbilisidə keçirilən “Xəstəliklərin yükü – ümumi anlayışlar” mövzusunda seminarda iştirak ediblər.
 
Seminarın təşkilində məqsəd metodoloji bacarıqların formalaşdırılması, əhalinin sağlamlığının ümumi göstəricilərinin qiymətləndirilməsi üçün məlumat infrastrukturunun təkmilləşdirilməsi və səhiyyə siyasətinə uyğun səhiyyə informasiya sistemlərinin inkişafına töhfə verməkdir.
 
Qeyd edək ki, “CATINCA – Səhiyyə siyasətinin inkişafı üçün imkanlar və infrastrukturlar” təşəbbüsü Robert Kox İnstitutunun (Almaniya) Xəstəliklərin yükü üzrə işçi qrupu tərəfindən irəli sürülüb. Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən təsdiq edilmiş CATINCA layihəsinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə üç il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi səhiyyə məlumatlarının rəqəmsallaşdırılması və sübuta əsaslanan səhiyyə siyasətinin formalaşdırılmasında mövcud bərabərsizlikləri aradan qaldırmaq üçün Mərkəzi Asiya və Cənubi Qafqazı “Avropada Xəstəliklərin Yükü Şəbəkəsinə” (Burden-EU COST) daha da yaxınlaşdırmaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib