"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı - Uroloq-androloq Azər İbadullayev
11.05.2022 14:30
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının uroloq-androloqu Azər İbadullayev haqqında məlumatları təqdim edirik.
 

Azər Faiq oğlu İbadullayev 20 yanvar 1982-ci ildə Rusiya Federasiyasının Belebey şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-proflaktika fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Respublika Kliniki Uroloji xəstəxanasında internatura keçib.

 

O, 2007-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim-uroloq kimi əmək fəaliyyətinə başlayıb. 2013-cü ildə “İstanbul Tibb Fakültəsi Uroloji Anabilim Dalı”nda Təkmilləşmə kursu keçib.

 

Azər İbadullayev mütəmadi olaraq kurs və konfranslarda iştirak edərək ixsisası üzrə biliklərini artırır.

 

Gənc və təcrübəli həkim, eyni zamanda, urologiya sahəsi üzrə cərrahi əməliyyatlar həyata keçirir. Onun icra etdiyi əməliyyatlar aşağıdakılardır:

 - Açıq və qapalı prostat əməliyyatları
- Varikoselektomiya (xayalarda damar genişlənməsinə görə)
- Orxidopeksiya (Qarında və qasıqda qalan xayanın yerinə endirilməsi)
- Hidroselektomiya (Xayalığa su yığılmasına görə)
- Böyrək və axar daşlarına görə əməliyyatlar
- Nefrektomiya
- Hidronefrozlarda plastikalar və s.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib